Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı


Almaniya Futbol Federasiyası (DFB) millinin baş məşqçisi Culian Naqelsman ilə müqavilənin müddətini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DFB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, 37 yaşlı Naqelsman 2023-cü il sentyabrın 22-də Almaniya millisini çalışdırıb və müqaviləsini ikinci dəfə uzadıb. 2021-2023-cü illərdə Naqelsman “Bavariya”ya rəhbərlik edib, burada bir dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb. Mütəxəssis buna qədər “Hoffenhaym” və “Leyptsiq”də baş məşqçi olub.

DİGƏR XƏBƏRLƏR

Top