Uşaqların tətil günlərini necə əyləncəli hala gətirmək olar?


Xəbər verdiyimiz kimi, yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq.

Tətil günləri adətən məktəblilərin səbirlə gözlədiyi, onlar üçün vacib və xüsusi əhəmiyyət daşıyan müddətdir. Belə günlər, həmçinin valideynlərin övladlarının bilik və bacarıqlarını inkişaf etdirməsi üçün yaxşı fürsətdir. Lakin bunu edərkən uşaqların əylənməsi müxtəlif sosial fəaliyyətlərdən həzz alması ən vacib məqamdır.
Bəs bütün bunları necə etməli?
Yeniavaz.com məktəbli uşaqların tətillərini həm əyləncəli, həm də faydalı keçirməsi üçün uğurlu təcrübələrdən bir neçəsini təqdim edir:
1. Kitab oxumağa təşviq:
Yaşına uyğun maraqlı kitablar seçib oxumağa həvəsləndirin. Hekayə kitabları və ya ensiklopediyalar faydalı ola bilər.
Kitab oxumağa xüsusi vaxt ayıraraq bu vərdişi ailəvi şəkildə dəstəkləyin. Valideynlərin də kitab oxuması uşaqları bu məşğələyə daha da həvəsləndirə bilər.


2. Yeni bacarıqlar öyrənmək:
Yemək bişirmək, rəsm çəkmək, musiqi aləti çalmaq, tikmək və ya digər kreativ fəaliyyətlər uşaqların yeni bacarıqlar əldə etməsinə kömək edir.
Onları proqramlaşdırma, robototexnika və ya dil öyrənmə kimi təhsil platformalarına da yönəldə bilərsiniz.


3. Açıq havada fəaliyyətlər:
Parklarda gəzmək, velosiped sürmək, idman oyunları oynamaq uşaqların fiziki sağlamlığını yaxşılaşdırır.
Təbiət gəzintilərinə çıxmaq və ya ailəvi piknik təşkil etmək də yaxşı ideyadır.


4. Təhsil oyunları:
Onlayn və ya masa oyunları vasitəsilə riyaziyyat, məntiq və ya ingilis dili bacarıqlarını təkmilləşdirmək mümkündür.

5. Ailənin birgə vaxt keçirməsi:
Birlikdə film izləmək, stolüstü oyunlar oynamaq və ya layihələr hazırlamaq ailə bağlarını gücləndirir.

6. Praktiki həyat bacarıqları:
Uşaqları kiçik ev işlərinə cəlb etmək, pul idarəetməsi və ya təmizlik kimi vərdişlər öyrətmək faydalı olar.

7. Günlük planlar tərtib edin:
Onlara bir plan tərtib edərək həm öyrənmək, həm də əylənmək üçün balanslı bir günün yol xəritəsini çəkmək olar.

8. Tətil gəzintiləri və muzeylər:
Tarixi yerlərə, muzeylərə və ya elm mərkəzlərinə getmək həm maarifləndirici, həm də əyləncəlidir. Bu uşaqların həm biliklərinin, dünyagörüşlərinin artmasına, həm də əyləncəli vaxt keçirmələrinə şərait yaradır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top