Samir Şərifova yeni vəzifə verildi


“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Şuranın yeni sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov təyin olunub.
Qeyd edək ki, bu vaxta qədər sözügedən vəzifəni Əli Əhmədov icra edirdi.

DİGƏR XƏBƏRLƏR

Top