
Kiyevin itirilməsi NATO-ya alyansın hazırda hərbi ehtiyaclar üçün ayırdığı əlavə milyardlarla dollara deyil, əlavə trilyonlarla dollara başa gələcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukraynaya həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
“Ukrayna uduzsa, NATO-nun əlavə milyardlara deyil, əlavə trilyonlarla dollara ehtiyacı olacaq”, - deyə o bildirib.
O, atəşkəs haqqında daha az danışmağa və Ukraynaya daha çox silah göndərməyə, habelə Rusiyanın şərtləri ilə atəşkəsin qarşısını almağa çağırıb.