“Fənərbağça” Milan Şkrinyarı transfer etdi


Türkiyə Super Liqa nəhənglərindən “Fənərbağça” Slovakiya millisinin və PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyarı transfer edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, Türkiyə klubu ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.
Mətbuat xidmətinin məlumatına görə, 29 yaşlı müdafiəçi əvvəlcə tibbi müayinədən keçəcək, daha sonra klubla müqavilə imzalayacaq.
Qeyd edək ki, bundan əvvəl Şkrinyar “Qalatasaray”ın da gündəmində olub.
Xatırladaq ki, bu mövsüm o, bütün turnirlərdə 5 matçda iştirak edib və heç bir qol vurmayıb.
Futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, Şkrinyarın bazar dəyəri 15 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top