
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
“Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var”, - məlumatda deyilir.