
“Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin yaxın bir neçə ildə daha da pisləşməsinə səbəb olmayan davamlı, sülh yolu ilə həllinə nail olmağa sadiqdir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News”a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.
“ABŞ-nin rəsmi siyasəti bu münaqişəyə son qoymaq olacaq və biz buna davamlı və sabit əsasda nail olmaq üçün hər şeyi edəcəyik. Biz bu nizamlanmanın iki, üç və ya dörd ildən sonra müharibəyə çevrilməsini istəmirik”, - Rubio deyib.
Rubio bildirib ki, bu məsələ ilə bağlı danışıqlar prosesi çətin olacaq və hər bir tərəf güzəşt etməli olacaq.