Tbilisidə növbəti etiraz aksiyası keçirildi


Tbilisidə Gürcüstan parlamenti yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Etirazçılar parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkətinə mane olublar. Etirazçıların tələbi dəyişməz olaraq qalır - əvvəllər həbs edilmiş fəalların azad edilməsi və yeni parlament seçkilərinin təyin edilməsi. Onlar həmçinin yanvarın 12-də Batumidə keçirilən mitinqdə saxlanılan və polis əməkdaşına şillə vurduğuna görə cinayət məsuliyyəti ilə üzləşən yerli “Batumelebi” internet nəşrinin rəhbəri Mzia Amaqlobeli ilə həmrəy olduqlarını bildirirlər.
Xatırladaq ki, noyabrın 28-də Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin ölkə hakimiyyətinin Avropa Birliyinə üzvlüklə bağlı danışıqların başlaması prosesini dondurduğunu elan etməsindən sonra başlayıb. Etirazların ilk həftəsi ən gərgin olub, sonra etirazlar dinc xarakter alıb, Onlar hər gün parlament binası yaxınlığında keçirilir və vətəndaşların Rustaveli prospektini könüllü tərk etmələri ilə gecə yarısı başa çatır.

DİGƏR XƏBƏRLƏR

Top