İDF-nin Baş Qərargah rəisi istefa ərizəsi verdi


İsrail ordusunun (İDF) Baş Qərargah rəisi general-leytenant Herzi Halevi istefa ərizəsini verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti tərəfindən yayılan Halevinin bəyanatında deyilib.
O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunu dəf edə bilməyən hərbçilərin məsuliyyətini boynuna aldığını da qeyd edib:
“Bu gün İsrailin müdafiə naziri İsrael Katsa bildirdim ki, İsrail Müdafiə Qüvvələrinin oktyabrın 7-də üzləşdiyi uğursuzluğa görə məsuliyyəti qəbul etdiyim üçün və İsrail Müdafiə Qüvvələrinin əhəmiyyətli nailiyyətlər əldə etdiyi və Qəzza zolağında olan girovlarımızın azad edilməsi haqqında sazişin həyata keçirilməsi prosesində olduğu bir vaxtda 6 mart 2025-ci il tarixində vəzifəmdən getməyimə icazə verməyinizi xahiş edirəm”.
Bildirilib ki, Halevinin ardınca İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman istefa verib. Onun komandanlığının məsuliyyət zonasına İsrailin cənubundakı Qəzza zolağı ilə həmsərhəd ərazilər daxildir.

DİGƏR XƏBƏRLƏR

Top