Paşinyan işə metro ilə gedib – Video


Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Telegram” kanalında İrəvan metrosu ilə işə getməsinin videosunu yayıb.
Yeniavaz.com
xəbər verir ki, o, adətən bu məqsədlə istifadə etdiyi velosipedini metro ilə dəyişmək qərarını əlverişsiz hava şəraiti ilə izah edib.
Kadrlarda Paşinyanın bilet alması, QR koddan istifadə edərək pulunu ödəməsi və metroya enməsi görünür.
Yerli mətbuat orqanları yazır ki, Paşinyan cəmi bir stansiya gedib – “Marşal Baqramyan” stansiyasından “Respublika Meydanı” stansiyasına qədər. Baş nazirin iqamətgahından hökumət binasına qədər olan marşrut da məhz budur.

DİGƏR XƏBƏRLƏR

Top