Qəzzada ölənlərin sayı 47 mini keçdi


2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 47 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sektorda Fələstin-İsrail münaqişəsinin yeni raundunda ölənlərin sayı 47 035 nəfər olub, yaralananların sayı isə 111 min nəfəri keçib.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində anklavda daha 122 fələstinlinin meyiti aşkarlanıb. 340-dan çox fələstinli isə tibbi yardım üçün Qəzzadakı tibb müəssisələrinə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top