
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya işgüzar səfər edəcək.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Mirzoyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulur.
Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.