Rusiya təyyarəsi Bakıya məcburi eniş edib


“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
““Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib”, - məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top