
HƏMAS hərəkatı yanvarın 19-da azad edilməli olan girovların siyahısını vasitəçilərə təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını hələ də İsrailə təhvil vermədiyini bəyan etmişdi. O, orduya sözügedən siyahı təhvil verilməyincə Qəzza zolağında atəşkəsi başlatmamağı əmr etmişdi.