
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını hələ də İsrailə təhvil verməyib.
Yeniavaz.com xəbər verir ki, təşkilat “Telegram” kanalında dərc etdiyi məlumatda bunun səbəbini texniki məsələlərlə izah edib.
“HƏMAS atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə əlaqədardır”, - bəyanatda deyilir.
İsrailin baş naziri Benyamin Netanyahu isə orduya HƏMAS azad ediləcək girovların siyahısını təhvil verməyincə Qəzza zolağında atəşkəsi başlatmamağı əmr edib.
Qeyd edək ki, atəşkəs Bakı vaxtı ilə saat 10:30-da başlamalı idi.