
Tehranın mərkəzində casusluq və terrorizm əleyhinə cinayət işlərinə baxan İran Ali Məhkəməsinin iki hakimi güllələnib.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
“Bu səhər silahlı şəxs Ali Məhkəmənin binasına daxil olaraq milli təhlükəsizlik, casusluq və terrorizm əleyhinə cinayətlərlə mübarizə təcrübəsi olan iki hakimə sui-qəsd cəhdi edib. Bu terror aktı iki hakimin ölümünə səbəb olub”, - deyə məlumatda bildirilib.
Agentliyin məlumatına görə, ilkin olaraq daha bir hakimin yaralandığı bildirilirb.
Yenilənmiş məlumata görə, terror aktında mühafizəçilərdən biri də yaralanıb.