
İran Prezidenti Məsud Pezeşkian Rusiyaya rəsmi səfərə gedib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, onun təyyarəsi Moskva vaxtı ilə saat 10:17 (Bakı vaxtı ilə saat 11:17) radələrində “Vnukovo-2” hava limanına enib.
Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağı, bundan sonra prezidentlərin Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacağı planlaşdırılır.