
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Texniki Baxış Şöbəsinə yeni rəis təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb və sözügedən vəzifəyə Anar Cəfərov təyin olunub.
Qeyd olunur ki, A.Cəfərov bu təyinatadək BDYPİ-nin Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") rəisi olub.