Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib


Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.
“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur.
Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, vaxtında dünyaya gəlmiş oğlan uşağının orta ağırlığı 3,3 kiloqram, qız uşağının orta ağırlığı isə 3,2 kiloqramdır.

DİGƏR XƏBƏRLƏR

Top