Əksər yollarda yenə tıxac var – Siyahı


Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
 10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 14. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində.

DİGƏR XƏBƏRLƏR

Top