
“Ukraynada müharibə bu il ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin həllinə böyük təkan verməsi ilə başa çata bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Varşavaya səfəri zamanı Polşa mediasına Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.
“Ancaq bu, o demək deyil ki, Avropa rahatlaşmalıdır: əksinə, Ukraynaya dəstək artırılmalıdır, çünki onun ordusu olmadan Avropa Rusiya ilə qarşıdurmada qalib gələ bilməyəcək”, - Zelenski deyib.
Zelenski bu il müharibəni bitirmək şanslarının artdığına inanıb-inanmadığı ilə bağlı suala müsbət cavab verib:
“Tramp ciddi şəkildə müharibəni dayandırmaq istəyir – bu onun sözləridir. O, Rusiyaya təzyiq və təsir göstərməyə qadirdir. Mən əminəm ki, Rusiya ABŞ, Çin və vahid Avropadan qorxur. Ukraynanın Rusiya ilə qarşıdurmada qələbəsi Avropa üçün kritik əhəmiyyət kəsb edir. Kremli başqa ölkələrə hücum etməmişdən əvvəl dayandırmaq lazımdır. Ukrayna ordusu olmadan Avropa Rusiya ordusunun öhdəsindən gələ bilməyəcək, çünki o, daha böyükdür: Rusiyanın daha çox silahı, daha çox insanı var və o, avropalılardan daha qəddardır”.