
Cənubi Koreya Prezidenti Yun Sok-Yol səhhəti ilə əlaqədar həbsinin ikinci günündə sorğu-sualda iştirak etməyəcək.
Yeniavaz.com “Yonhap”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının vəkili Yun Qap-Qın məlumat yayıb.
Vəkil vurğulayıb ki, bir gün əvvəl prezident öz mövqeyini tam izah edib, ona görə də onu əlavə sorğu-sual etməyə ehtiyac yoxdur.
Xatırladaq ki, yanvarın 15-də bildirilib ki, ölkənin antikorrupsiya agentliyinin müstəntiqləri qiyam işi ilə bağlı Yun Sok-Yolu həbs ediblər. Siyasətçi özü bildirib ki, qan tökülməsinin qarşısını almaq üçün könüllü olaraq prokurorluqda dindirilməyə gəlib və günahını boynuna almır.