
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Yaxın Şərqdə vəziyyəti normallaşdırmaq üçün “İbrahim razılaşmaları”nı genişləndirmək niyyətini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
"Biz tarixi “İbrahim Razılaşmaları”nı daha da genişləndirmək üçün bu atəşkəsdən çıxış edərək, bütün regionda “Güc deyil, sülh” ideyasını təbliğ etməyə davam edəcəyik”, - deyə Tramp bildirib.
Trampın sözlərinə görə, İsraillə HƏMAS arasında razılaşma yalnız onun ABŞ prezident seçkilərindəki qələbəsi sayəsində mümkün olub.
Qeyd edək ki, 2020-ci ildə İsrailin BƏƏ və Bəhreynlə münasibətlərini normallaşdırmaq üçün bir sıra razılaşmaları əhatə edən “İbrahim Razılaşmaları” əldə edilib. Bundan sonra Sudan və Mərakeş də İsraillə münasibətlərin normallaşdığını elan edib.
Xatırladaq ki, bu müqavilələrdən əvvəl İsrailin diplomatik əlaqələri olan yeganə ərəb ölkələri Misir və İordaniya olub.