Ərdoğandan Qəzzadakı atəşkəslə bağlı açıqlama


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatı ilə İsrailin Qəzza zolağında əldə etdiyi atəşkəs razılaşmasını alqışladığını və bu razılaşmanın bölgəyə fayda verəcəyinə ümid etdiyini bildirib.
Yeniavaz.com 
xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayırıq. Ümid edirik ki, bu bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə də fələstinli qardaşlarımıza fayda verəcək və daimi sülh və sabitliyə zəmin yaradacaq”, - o qeyd edib.
Ərdoğan Türkiyənin fələstinli qardaşlarını həmişə dəstəklədiyini və bir an belə tərk etmədiyini bildirib.
“Biz Qəzza xalqına dəstəyimizi davam etdirəcəyik, onların yaralarını sağaltmaq və ayağa qalxmalarına kömək etmək üçün bütün imkan və vasitələrimizi səfərbər edəcəyik”, - Türkiyə lideri əlavə edib.
Qeyd edək ki, Qəzza zolağında HƏMAS və İsrail arasında atəşkəs razılaşması əldə olunub.

DİGƏR XƏBƏRLƏR

Top