
Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
“Səfir “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında səsləndirilən fikirlərlə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub. Belə ki, bu zaman Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə süni şəkildə yaradılmış çıxışlar edilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya səfirinə müvafiq nota təqdim edilib.