
Sabah Bakının Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Gəncə prospekti ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.