
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.
Yeniavaz.com “Şərq qapısı”na istinadla xəbər verir ki, Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.
Qeyd edək ki, federasiya 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.
Xatırladaq ki, daha əvvəl Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Karate-do Federasiyası və Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.