
Belarus Azərbaycana yeni səfir təyin edib.
Yeniavaz.com BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə keçmiş səhiyyə naziri Dmitri Pineviç təyin edilib.
Qeyd edək ki, 2020-ci ilin noyabrından Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov olub.