Bəzi yerlərdə işıq olmayacaq


Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq:
“Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top