Putin Pezeşkianla görüşəcək


Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də Rusiyaya rəsmi səfərə gələcək İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət və investisiya, nəqliyyat və logistika, regional və beynəlxalq məsələlərin müzakirəsi gözlənilir”, - deyə məlumatda bildirilir.
Digər tərəfdən, danışıqların sonunda Rusiya və İran prezidentləri iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq, həmçinin mətbuata açıqlama verəcəklər.
Moskva və Tehran arasında imzalanacaq bu 47 maddədən ibarət olacaq və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top