
Los-Ancelesdə baş verən yanğınlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı Los-Anceles Dairəsi Tibbi Ekspertiza Departamentinə istinadla məlumat yayıb.
“İton yanğınında 16 nəfərin, Palisades yanğınında isə 8 nəfərin öldüyü təsdiqlənib”, - məlumatda bildirilib.
Daha 13 nəfər isə itkin düşüb.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə şiddətli meşə yanğınları başlayıb. Yanğınlar səbəbindən 180 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb.
ABŞ-nin hazırkı prezidenti Co Bayden fövqəladə vəziyyət elan edib və Kaliforniya ştatına federal yardımın göstərilməsini əmr edib.