
Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a onun müalicə aldığı xəstəxanadan bildirilib.
“N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib”, - məlumatda deyilir.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.