Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı artdı


Los-Ancelesdə baş verən yanğınlarda ölənlərin sayı 16-ya çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin Məhkəmə Tibbi Ekspertiza İdarəsi məlumat yayıb.
Bildirilib ki, İtonda davam edən yanğınlarda indiyədək 11, Paliseydzdə isə 5 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 7-də axşam saatlarında Los-Ancelesin müxtəlif yerlərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda indiyədək 3 min 700 hektardan çox ərazi kül olub.
Yanğınlarda 12 mindən çox tikili zərər görüb və ya tamamilə yararsız hala düşüb.

DİGƏR XƏBƏRLƏR

Top