“Fransa Çaddakı bazalarından birindən kontingentini geri çəkdi” – “Tchadinfo”


Fransa qoşunlarının Çaddakı Abeçe bazasından çıxarılmasını başa çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “tchadinfo” məlumat yayıb.
Məlumata görə, ağır texnika bazanı dünən, hərbçilər isə bu gün tərk ediblər.
Baza Çad Silahlı Qüvvələrinin nəzarətinə verilib.
Xatırladaq ki, 29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan edib və dekabrın 20-də bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb edib. 
Əksər şərhçilər fransız qoşunlarının ardıcıl olaraq Mali, Niger və Çaddan çıxarılmasını Paris üçün strateji məğlubiyyət kimi qiymətləndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top