Avropa Komissiyası (AK) Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qanunvericilik təşəbbüsünü təhlil edəcək və onu erməni tərəfi ilə müzakirə edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə AK-nin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
“Biz sənədi təhlil edəcəyik və onu Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik”, - o bildirib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.