ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığını açıqlayıb.
Yeniavaz.com “Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə o, Floridada jurnalistlərə açıqlamasında deyib.
“O, görüşmək istəyir. Biz isə hazırlıq görürük. Prezident Putin görüş istəyir, hətta bunu açıq şəkildə bəyan edib. Biz Ukrayna münaqişəsinə son qoymalıyıq”, - Tramp bildirib.
Jurnalistlər respublikaçıdan Putinlə hansı formatda danışıqlar aparmaq istədiyini soruşublar. O, görüşün formatının hələ müəyyənləşdirilmədiyini bildirib.