ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimini tanımayıb və onun həbsi üçün verilən mükafatı 25 milyon dollara çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlər üçün Vaşinqtonun Venesuelaya qarşı yeni sanksiyalar paketini təqdim etməsi ilə bağlı xüsusi brifinqdə çıxış edən Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
“Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrino Lopesin həbs edilməsinə və mühakimə olunmasına səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik”, - deyə o bildirib.