Maduro üçüncü dəfə Venesuela prezidenti vəzifəsinin icrasına başladı


Nikolas Maduro Moros üçüncü dəfə Venesuela prezidenti vəzifəsinə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, andiçmə mərasimi bu gün Karakasda Federal Qanunvericilik Sarayında keçirilib.
O, bu vəzifəni 2031-ci ilə qədər tutacaq.
Qeyd edək ki, Maduro ötən il iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəlib. Ona seçicilərin 51,95 faizi səs verib. Onun əsas rəqibi Edmundo Qonsales Urrutia isə 43,18% səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top