Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etmək planı yoxdur.
Yenavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə deyib.
O, bunun Avropa Komissiyasının rəhbərinin mərasimə dəvət almaması ilə bağlı olduğunu bildirib.
Pinyo Avropa Komissiyasının andiçmə mərasiminə dəvət alıb-almaması ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib: “Əgər dəvət olarsa, bunu nəzərdən keçirə bilərik”.
O, həmçinin fon der Lyayenin hazırda xəstə olduğunu və evdə müalicəsini davam etdirdiyini bildirib.
Mətbuat katibi həmçinin bildirib ki, onun gələn həftə işə başlaya biləcəyi ilə bağlı qərar yanvarın 13-də veriləcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.