Məşhur türkiyəli sənətçi Edip Akbayram reanimasiyaya yerləşdirilib.
Yeniavaz.com “Habertürk”ə istinadla xəbər verir ki, bu barədə müğənninin qızı Türkü Akbayram, oğlu Ozan Akbayram və həyat yoldaşı Aytən Akbayram birgə açıqlama yayıb.
“Bu gün səhər saatlarında Edip Akbayramı daxili qanaxma səbəbilə Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına gətirdik. O, hər ehtimala qarşı xəstəxananın reanimasiyaya bölməsinə yerləşdirilib, müalicəsi davam edir. Ümid edirik ki, onun səhhəti yaxşılaşacaq. Vəziyyəti ilə bağlı məlumatları ictimaiyyətlə paylaşmağa davam edəcəyik”, - məlumatda deyilir.