Braziliyada təyyarə qəzaya uğradı – Video


Braziliyada “Cessna 545” tipli təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ötən gün – yanvarın 9-da baş verib.
Belə ki, təyyarə Ubatuba hava limanında uçuş-enmə zolağından kənara çıxaraq çimərlikdə partlayıb.
Bildirilir ki, qəza nəticəsində pilot ölüb, ikisi uşaq olmaqla 4 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Eyni ailənin üzvü olduğu bildirilən yaralıların vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində çimərlikdə olan daha bir nəfərin yaralandığı bildirilir.
Qəzanın təfərrüatları bilinməsə də, əlverişsiz hava şəraiti və uçuş-enmə zolağının yağışdan islanmasının hadisəyə səbəb olduğu ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top