General Cozef Aun Livanın prezidenti seçildi


Livan parlamentində keçirilən prezident seçkilərində Livan ordusunun komandanı general Cozef Aun səsvermənin ikinci turunda qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə spiker Nəbih Berri məlumat verib.
“128 deputatdan 99-u general Aunun namizədliyinə səs verib”, - Berri bildirib.
Xatırladaq ki, Mişel Aunun (qohum deyillər - red.) səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatdıqdan sonra ölkənin prezident postu iki ildən artıqdır ki, boş qalıb. Bu günə qədər Livanın yeni prezidentini seçmək üçün 12 uğursuz cəhd olub.
Səsvermənin birinci turu yanvarın 9-da səhər keçirilib, lakin Cozef Aun qalib olmaq üçün lazım olan 128 səsdən 86-nı ala bilməyib. İkinci turda o, artıq 99 səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top