Ermənistan Baş naziri Nikol Paşinyan sülhün əldə edilməsi üçün Ermənistanın Azərbaycana təqdim etdiyi təklifləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat dərc edib.
Məlumata görə, sözügedən təkliflər aşağıdakılardır:
- Vəziyyəti gərginləşdirən çıxışlardan qarşılıqlı imtina etmək;
- Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi və iki ölkənin demarkasiya komissiyalarının birgə işi əsasında delimitasiya prosesini davam etdirmək;
- 90 faiz hazır olan sülh müqaviləsi bağlamaq;
- “Dünyanın kəsişməsi” layihəsini həyata keçirmək.
- Atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;
- Saxlanılan şəxslərin problemini tam həll etmək;
- İtkin düşən şəxslərin taleyinin aydınlaşdırılması probleminin həlli üçün bütün intensivliyi ilə işləmək,
- Beynəlxalq məhkəmələr də daxil olmaqla bir-birinə qarşı irəli sürülən iddialardan imtina etmək;
- Sülh müqaviləsinin müddəalarının tam və səmərəli həyata keçirilməsi istiqamətində işləmək;
- Silahlara qarşılıqlı nəzarət, kvotalar, istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizmini formalaşdırmaq;
- Sülh bərqərar olduqdan sonra birgə peşəkar ekspert komissiyası formalaşdırmaq və ümumilikdə, hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək;
- ATƏT-in Minsk Qrupunu ləğv etmək.