SİMA göndərilən anlaşılmaz bildirişlərə görə üzr istədi


Bu gün SİMA İmza istifadəçiləri anlaşılmaz bildirişlər alıblar.
Yeniavaz.com
xəbər verir ki, istifadəçilər bununla bağlı sosial şəbəkələrdə məlumat dərc ediblər.
Məsələ ilə bağlı SİMA açıqlama yayıb. Bildirilib ki, bu hal səhvən baş verib:
“Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilib. Yaranmış narahatlıq üçün üzr istəyirik”.
 

DİGƏR XƏBƏRLƏR

Top