İngiltərənin “Vest Xem Yunayted” klubu yeni baş məşqçisini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Məlumata görə, “Vest Xem” yeni baş məşqçi vəzifəsinə ingilis mütəxəssis Qrem Potteri təyin edib.
49 yaşlı mütəxəssis klubla iki il yarımlıq müqavilə imzalayıb.
O, “Vest Xem”lə ilk oyununa cümə günü “Aston Villa” ilə İngiltərə Kubokunun üçüncü raundunda çıxacaq.
Qeyd edək ki, Qrem Potter bu postda Yulen Lopeteqini əvəz edib.
Məşqçi sonuncu dəfə 2022/2023 mövsümündə “Çelsi”nin baş məşqçisi olub.
Xatırladaq ki, “Vest Xem Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda 20 oyundan sonra 23 xal toplayıb.