Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək


ABŞ Prezidenti Co Baydenin bu həftə Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyaları açıqlayacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan amerikalı məmura istinadla məlumat yayıb.
Agentlik hansı məhdudiyyətlərin tətbiq olunacağını dəqiqləşdirməyib.
Qeyd olunur ki, Baydenin köməkçiləri atılan addımlar barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərini məlumatlandırıb.
Agentlik yazır ki, ABŞ Rusiyaya dəstək verdiyi iddiası ilə bir sıra Çin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top