İlham Əliyev Fransa ilə bağlı danışılmayan məsələyə toxundu


Prezident İlham Əliyev Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində danışıb.
“Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”, - Prezident bildirib.
Ölkə başçısı qeyd edib ki, bu yaxınlarda yenə danışmaq və müzakirə aparmaqla bağlı növbəti, verbal diplomatik depeşan daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top