Azərbaycan-İran sərhədində 3,6 bal gücündə zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Cəlilabadda da hiss olunub.
Xatırladaq ki, daha öncə İranın cənubundə və Ermənistanda da zəlzələ olub.