Trüdo istefa verəcəyini açıqladı


Kanadanın Baş naziri Castin Trüdo istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Trüdo xalqa xüsusi müraciətində bildirib.
“Mən Liberal Partiyasının lideri və partiya növbəti liderini seçdikdən sonra baş nazir vəzifəsindən istefa vermək niyyətindəyəm”, - Trüdo deyib.
Bundan əlavə, baş nazir bildirib ki, o, Kanadanın general-qubernatoru Meri Saymondan milli parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib. Belə bir tədbir ona müxalifət partiyalarının yanvarın sonuna planlaşdırdıqları etimad səsverməsindən yayınmağa imkan verəcək.
Qərarını şərh edən Trüdo bunu ötən gecə ailəsi ilə danışdıqdan sonra qəbul etdiyini deyib. Bundan əlavə, o, Kanada Liberal Partiyasındakı daxili parçalanmalara görə liberalların oktyabrda keçiriləcək parlament seçkilərinə birlikdə getməli olduğu lider ola bilməyəcəyini başa düşdüyünü qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top