Aktyor Azər Baxşəliyev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***10:16
“Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat yayıb.
Bildrilib ki, poli orqan çatışmazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib:
“Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır”.
Qeyd edək ki, bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.